Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > 8 təşkilat Əfqan Sadıqovun deportasiyası ilə bağlı AŞ-nın Baş katibinə müraciət edib

8 təşkilat Əfqan Sadıqovun deportasiyası ilə bağlı AŞ-nın Baş katibinə müraciət edib


Bu gün, 17:11.
title}


Səkkiz insan haqları təşkilatı jurnalist Əfqan Sadıqovla bağlı Avropa Şurasının baş katibi Alen Bersetə müraciət edib. Onlar maraciət vasitəsi ilə jurnalistin Gürcüstandan Azərbaycana deportasiyası ilə bağlı təcili tədbirlər görülməsini tələb ediblər.

Civilazerbaijan.com
bildirir ki, müraciətçilər Avropa İnsan Hüquqları Konvensiyasının 52-ci maddəsinin tətbiq olunmasını, Gürcüstanın Sadıqov işi üzrə hərəkətlərinə dair müstəqil araşdırma aparılmasını və Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin edilməsini istəyiblər.

Həmçinin, üzv dövlətlərə Əfqan Sadıqovun müdafiəsi, o cümlədən ailə birləşməsi hüququnun təmin olunması ilə bağlı çağırış edilib.

“Bu hal təkcə bir nümunə deyil. Bu, Avropa Şurası tərəfindən mülayim reaksiyalarla qarşılanan və Azərbaycan hakimiyyətini daha da cəsarətləndirən, həmçinin digər üzv dövlətlər üçün qəbul edilə bilən davranış həddini aşağı salan onillik repressiyaların ən son epizodudur. Gürcüstanın Sadıqov işi ilə bağlı davranışı məhz bu aşağı salınmış həddin birbaşa ifadəsidir. Avropa insan hüquqları sisteminin etibarlılığı təhlükə altındadır”, - deyə müraciətdə vurğulanır.

Sənədddə o da vurğulanır ki, Sadıqov Azərbaycana deportasiya olunduqdan sonra iki dəfə yerli hüquq-mühafizə orqanları tərəfindən dindirilməyə çağırılıb.

Azel TV” "YouTube" kanalının rəhbəri olan Əfqan Sadıqov 2024-cü il avqustun 3-də Tbilisidə həbs edilib. Həmin vaxt Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov hədə-qorxu ilə pul tələb etmə ilə bağlı cinayətlərə görə Azərbaycan tərəfindən axtarışa verilmişdi.

Ailəsi və hüquq müdafiəsi təşkilatları onun həbsini siyasi təqib ilə əlaqələndirirdilər. Lakin ötən il fevralın 27-də Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən, Gürcüstan hakimiyyətinə jurnalistin Azərbaycana ekstradisiyası qadağan edilib.

Tbilisi məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Sadıqova tətbiq olunan ekstradisiya həbsini girovla əvəz edib və jurnalist ötən il aprelin 16-da azadlığa buraxılıb. Lakin həmin vaxtdan sonra da Ə.Sadıqov dəfələrlə Tbilisidəki etiraz aksiyalarında iştirakına görə Gürcüstan tərəfindən ümumilikdə 270 min lari cərimələnib və iki həftə müddətinə inzibati qaydada həbs olunub.

Əfqan Sadıqov 5 aprel 2026-cı il gecə saatlarında Tbilisidə saxlanılıb və bir neçə saat ərzində Azərbaycana deportasiya edilib, Toplum TV-nin məlumatında qeyd olunur.
Geri qayıt