Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Hökumətin etnik azlıqlarla bağlı tənqidçisinin məhkəməsi başlayıb

Hökumətin etnik azlıqlarla bağlı tənqidçisinin məhkəməsi başlayıb


Bu gün, 15:03.
title}


Mayın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan hakimiyyətinin etnik azlıqlara münasibətini tənqid edən Rusiya vətəndaşı Kamal İsayevin işi üzrə məhkəmə prosesi başlayıb.

Civilazerbaijan.com
bildirir ki, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə ittiham aktı oxunub.

Məlum olub ki, K.İsayev Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması) maddələri ilə ittiham olunur. Lakin təqsirləndirilən şəxsə qarşı konkret ittihamlar onun sosial mediada paylaşımları ilə bağlı olub. Dövlət ittihamçısı C.İsayevə müəyyən şəxslərlə, xüsusilə uzun illər mühacirətdə yaşamış Əlikram Hümbətovla təmasları barədə suallar verib.

Dövlət ittihamçısı həm də K.İsayevdən üzv olduğu "WhatsApp" qrupunda kim tərəfindən mədəniyyət naziri təyin olunduğunu soruşub.

"Birincisi, burada tərcümə xətası var. Nazir yox, mədəniyyət və əxlaq şöbəsində nəzarətçi nəzərdə tutulub. Heç kim məni nazir təyin etməyib. İkincisi də, qrupda öz-özümü lap nazir də adlandıra bilərəm. Bunun nə dəxli var?", - K.İsayev cavab verib.

K.İsayev dövlət ittihamçısının "Talış regionu" əvəzinə "Cənub regionu" ifadəsini işlətməsinə də irad tutub. "Cənub konkret haradır? Naxçıvan da cənubdadır, oranı da nəzərdə tutursunuz? Regionu öz adı ilə çağırın", - o qeyd edib.

Növbəti məhkəmə prosesi 18 iyun saat 12.00-a təyin olunub.

Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan Kamal İsayev ötən ilin noyabrında Türkiyəyə səyahət edərkən saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

K.İsayevin “YouTube” platformasında “Jahid Kamal” və “Arya Toloş” adlı kanalları olub və o, Azərbaycan hakimiyyətinin etnik azlıqlarla bağlı siyasətini mütəmadi tənqid edib, Toplum TV-nin məlumatında qeyd olunur.
Geri qayıt