Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > İyul ayından BakıKartın satış qiyməti artırılacaq
İyul ayından BakıKartın satış qiyməti artırılacaqBu gün, 16:43. |
|
İyul ayının 1-dən etibarən "BakıKart" kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək. Civilazerbaijan.com bildirir ki, yerli mətbuat bu barədə “BakıKart”a istinadən məlumat yayıb. "BakıKart" kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib. Bu dövr ərzində kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb. Son illər ərzində ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Sərnişinlər hazırda “BakıKart” kartları ilə yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları, mobil cihazlar və QR kod üzərindən də ödəniş həyata keçirə bilirlər. Bildirilib ki, kartın balansı və gediş haqları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Dəyişiklik yalnız yeni əldə edilən BakıKart kartlarının satış qiymətinə aiddir. Kartın satış qiymətinin 50 faiz artırılması istehsal və xidmət xərclərinin bahalaşması ilə əsaslandırılsa da, bu xərclərin hansı həcmdə artdığı açıqlanmır. Ekspertlər hesab edirlər ki, qiymət artımları ilə bağlı daha detallı məlumatın təqdim olunması və ictimai əsaslandırmanın aparılması sərnişinlərin narazılığını azaltmağa kömək edə bilər, Toplum TV-nin məlumatında qeyd olunur. Geri qayıt |