Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Meydan TV işinə yeni məhkəmə tərkibi baxacaq
Meydan TV işinə yeni məhkəmə tərkibi baxacaqBu gün, 16:15. |
|
"Meydan TV işi" üzrə cinayət işi yeni məhkəmə tərkibinin icraatına verilib. Civilazerbaijan.com bildirir ki, məhkəmə işinə sədrlik edən və məruzəçi hakim Zaur Hacıyev olacaq. Məhkəmə kollegiyasına həmçinin hakimlər Azər Tağıyev və Roman Ələkbərli daxildir. Zaur Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinə 2026-cı il mayın 26-da təyin edilib. O, bundan əvvəl Bakı Hərbi Məhkəməsində və Sumqayıt Şəhər Məhkəməsində hakim işləyib. İyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə keçirilməli olan məhkəmə prosesi növbəti dəfə naməlum tarixə təxirə salınıb. Sonuncu dəfə bu iş üzrə məhkəmə prosesi aprelin 13-də keçirilib. "Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur. 2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar. Sonradan “Arqument. az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər. Geri qayıt |