Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Rüfət Səfərova hökm oxunub

Rüfət Səfərova hökm oxunub


Dünən, 22:52.
title}


İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Civilazerbaijan.com
bildirir ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə Rüfət Səfərova hökm oxunub. Hökmə əsasən, Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı onun 9 il azadlıqdan məhrum etməsini tələb etmişdi.

Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktında iddia olunur ki, R.Səfərov Natiq İmanquliyev adlı şəxsə torpaq satmaq adı ilə ondan 60 min manat pul alıb, lakin sonradan torpağı satmayıb, buna görə də N.İmanquliyev R.Səfərovun yaşadığı mənzilin qarajına gəlib və mübahisə zəminində hüquq müdafiəçisi ona xəsarət yetirib.

R.Səfərov ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu bildirir.

Əvvəllər Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş R.Səfərov 2015-ci ildə işdən çıxaraq, hökuməti tənqid etmişdi. Bundan sonra o, doqquz il müddətinə həbs edilsə də, 2019-cu ildə əfv edilərək azadlığa çıxmışdı. O, "Müdafiə Xətti" insan hüquqları təşkilatının rəhbəri kimi fəaliyyət göstərirdi.
Geri qayıt