Əsas Səhifə > Azərbaycan / Economics / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Ursula Fon der Lyayen Azərbaycana səfər edib

Ursula Fon der Lyayen Azərbaycana səfər edib


Bu gün, 19:58.
title}


Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfərə gəlib.

Civilazerbaijan.com
bildirir ki, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos və digər rəsmi şəxslər qarşılayıblar.

İyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. Bu barədə Azərbaycan prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Daha sonra onların geniş tərkibdə görüşü olub. Sonra isə mətbuata bəyanatlar veriblər.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Bakıdan sonra Ermənistana səfər edəcək.
Geri qayıt