Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > AZENCO-nun sabiq rəhbəri Vüqar Əliyev həbs olunub
AZENCO-nun sabiq rəhbəri Vüqar Əliyev həbs olunubDünən, 22:22. |
|
AZENCO ASC-nin sabiq rəhbəri Vüqar Əliyev həbs edilib. Civilazerbaijan.com bildirir ki, yerli medianın məlumatına görə, ona xüsusilə külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb. İttihama əsasən, söhbət 3 milyon manatdan artıq vəsaitdən gedir. Lakin hansı layihə və ya müqavilə üzrə mənimsəmə olduğu açıqlanmır. Cinayət Məcəlləsinin 179.4-cü maddəsinə əsasən, bu əməl 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Hazırda iş məhkəmə mərhələsindədir və yekun hökm elan olunmayıb. Vüqar Əliyev 2022–2023-cü illərdə AZENCO-nun İdarə Heyətinin sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. “Azərenerji”nin keçmiş baş direktoru Etibar Pirverdiyevin dövründə AZENCO-nun bu quruma bağlı olduğu bildirilirdi. Həmin dövrdə AZENCO Azərbaycanda nəhəng enerji infrastruktur layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib. Etibar Pirverdiyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra AZENCO-ya daxil olan büdcə vəsaitlərinin həcminin əhəmiyyətli dərəcədə azaldığı iddia olunur. Etibar Priverdiyev 1 saylı Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyevin dayısıdır. Geri qayıt |