Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > İqbal Əbilov işgəncəyə məruz qalıb - KOMİTƏ
İqbal Əbilov işgəncəyə məruz qalıb - KOMİTƏDünən, 18:52. |
|
Həbsdə olan tədqiqatçı, "Talış Milli Akademiyasının xəbərləri" jurnalının baş redaktoru İqbal Əbilovun saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qaldığı deyilir. Civilazerbaijan.com bildirir ki, bu barədə bu gün, iyulun 13-də onun hüquqlarını Müdafiə Komitəsi və yaxınları məlumat yayıb. Komitənin məlumatında vurğulanır ki, gənc alim “kars”da işgəncəyə məruz qalıb: “Onun qolları dəmir çarpayıya bağlanıb, bədəninin müxtəlif nahiyələrində göyərmələr və ağır xəsarətlər əmələ gəlib. İqbal Əbilovun karsa salınmasının səbəbi Yasamal Rayon Məhkəməsində üzərində istiqlal şairi Əli Nasirin "Millət öz başını itirən günü, qazanır yurdunun ölüm hökmünü" misraları yazılmış qısaqol köynəklə məhkəməyə çıxması olub”. İyulun 7-də Yasamal Rayon Məhkəməsində İqbal Əbilovun bəzi (ATV kanalı, “Qafqazinfo” və daha bir neçə sayt) kütləvi informasiya vasitələrinə (KİV) qarşı qaldırdığı mülki iddia üzrə ilk məhkəmə iclası keçirilib. O hesab edir ki, həmin KİV-lərdə yayımlanan materiallarda onun təqsirsizlik prezumpsiyası pozulub, barəsində şərəf və ləyaqətini ləkələyən məlumatlar dərc edib. İddiyaya sözügedən KİV-lərdən münasibət almaq mümkün olmayıb, Komitə onların ilk ilcasa nümayəndə göndərmədiyini bildirib. Üstəlik, komitənin və İqbal Əbilovun yaxınlarının onun işgəncəyə məruz qalması ilə bağlı açıqlamalarına da rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər bir qayda olaraq təcridxana və cəzaçəkmə müəssisələrində saxlanan şəxslərin işgəncəyə məruz qalmaları ilə bağlı iddiaları əsassız sayırlar. (AzadlıqRadiosu) Geri qayıt |