Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > AXCP daha bir üzvünün saxlandığını bildirir

AXCP daha bir üzvünün saxlandığını bildirir


Dünən, 19:38.
title}


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) daha bir üzvünün saxlandığını bildirir.

Civilazerbaijan.com
bildirir ki, partiyanın yaydığı məlumata görə, Xətai rayon Şöbəsinin üzvü Kənan İsmayılı polis əməkdaşları saxlayaraq Nizami rayon Məhkəməsinə aparıb.

"Məhkəmənin qərarı ilə Kənan İsmayıl polisə müqavimət göstərmə və polisin qanuni tələbinə tabe olmama ittihamı əsasında 30 sutka müddətinə inzibati həbs cəzasına məhkum edilib", – AXCP bildirir.

K.İsmayılın bu ittihamlara münasibəti hələlik açıqlanmayıb.

AzadlıqRadiosu ittihamlarla bağlı əlavə informasiya əldə edə bilməyib.

AXCP sədri də daxil, bu müxalif partiyanın hazırda 15-dən çox üzvü həbsdədir. Partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb.

Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, indi Azərbaycanda 328 nəfər siyasi məhbus var.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması barədə deyilənlərlə razılaşmır və vurğulayırlar ki, adları siyasi məhbus siyahısında yer alan şəxslər törətdikləri cinayətə görə mühakimə ediliblər, AzadlıqRadiosunun məlumatında bildirilir.
Geri qayıt