Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Azərbaycanda kartdan-karta köçürmələrə yeni limitlər tətbiq edilib

Azərbaycanda kartdan-karta köçürmələrə yeni limitlər tətbiq edilib


Dünən, 16:58.
title}


Azərbaycanda avqustun 1-dən kart əməliyyatlarına məhdudiyyət tətbiq olunur.

Civilazerbaijan.com
bildirir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) avqustun 3-də yaydığı məlumata görə, bank xidmətləri istifadəçiləri "kartdan karta" əməliyyatı ilə gündəlik ən çox 5 dəfə öz kartlarına köçürmə qəbul edə bilər. Aylıq ümumi köçürmə məbləği isə 20 min manatı keçməməlidir.

Məxaric əməliyyatlarına isə hələlik məhdudiyyət qoyulmadığı bildirilir.

ABA məhdudiyyəti "bank xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədi ilə" əsaslandırıb.

Məhdudiyyət barədə ilk olaraq "Fed. az" saytı məlumat yayıb. Xəbərdə deyilirdi ki, bu barədə Mərkəzi Bank və kommersiya bankları arasında razılıq əldə olunub. Lakin Mərkəzi Bank bununla bağlı hələ ki açıqlama verməyib.

Mərkəzi Bank sədri Taleh Kazımov may ayında keçirdiyi mətbuat konfransında demişdi ki, Azərbaycanda kartdan karta əməliyyatların dövriyyəsi "inanılmaz dərəcədə böyükdür".

"Bəzən gün ərzində bir şəxsin hesabına 10, 50, 100, 200 manat olmaqla müxtəlif kartlardan mədaxillər olur. Bank bunu təhlil eləyəndə bəzən şübhələnir, əməliyyatlar barədə məlumatları qanuna əsasən Maliyyə Monitorinqi Xidmətinə göndərir. Xidmət özü də təhlil eləyib bu qənaətə gəlsə ki, burada vergidən yayınma halı var, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verir", - o qeyd edib.

Müstəqil ekspertlər isə düşünür ki, bu qərar vergidən yayınmanı aradan qaldırmaq əvəzinə insanları nağd ödənişlərə üstünlük verməyə vadar edəcək.
Geri qayıt