Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Apellyasiya Məhkəməsi erməni məhbuslar barədə hökmü qüvvədə saxlayıb

Apellyasiya Məhkəməsi erməni məhbuslar barədə hökmü qüvvədə saxlayıb


Dünən, 17:47.
title}


Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda həbsdə olan erməni məhbusların şikayətləri üzrə proses keçirilib.

Civilazerbaijan.com
bildirir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə məhbuslar barədə Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Əksəriyyəti Qarabağdakı keçmiş separatçı rejimin liderləri və rəsmiləri olan məhbuslara fevralın 5-də hökm oxunub.

Hökmə əsasən, keçmiş separatçı rejimin "prezidenti" olmuş Arayik Harutyunyan, habelə Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum edilib.

"Prezident" vəzifəsi daşımış digər şəxslər Arkadi Qukasyan və Bako Sahakyana 20 il həbs cəzası verilib.

Madat Babayana və Melikset Paşayana 19, Qarik Maritosyana 18, Davit Allahverdiyana 16, Vasili Beqloryan, Qurgen Stperayan və Erik Qazaryana isə 15 il müddətinə həbs cəzası verilib.

Təqsirləndirilən şəxslər Azərbaycana qarşı təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, azadlıqdan məhrum etmə, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq da daxil olmaqla 20-dən çox maddə ilə ittiham olunublar.

Onların əksəriyyəti 2023-cü ilin sentyabrında Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində apardığı hərbi əməliyyatdan sonra erməni əhalinin köçü zamanı həbs olunub.
Geri qayıt