Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Yaxınları: Əli Kərimli məhkəməyə aparılarkən huşunu itirib
Yaxınları: Əli Kərimli məhkəməyə aparılarkən huşunu itiribDünən, 13:19. |
|
Həbsdə olan AXCP lideri Əli Kərimli yaxınları vasitəsilə saxlanma şəraitinin kəskin pisləşdiyini bildirib. Onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması tələbi üzrə Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı siyasətçi dəfələrlə su istəyib. Civilazerbaijan.com AzadlıqRadiosuna istinadla bildirir ki, onun sözlərinə görə, istintaq təcridxanasında hətta güclü istilərdə belə içməli suya çıxışı məhdudlaşdırılır. "Belə dəhşətli istidə mənə su vermirlər", – o, məhkəmə iclasında deyib. Siyasətçinin yaxınları bildiriblər ki, Ə.Kərimlıi məhkəməyə aparılarkən xüsusi nəqliyyat vasitəsində su verilmədiyi üçün huşunu itirib. "Onlar məni burada öldürürlər", – onun belə bir mesaj göndərdiyi vurğulanır. Yaxınlarının dediyinə görə, həbsdə olduğu aylar ərzində siyasətçi xeyli çəki itirib, görünüşü nəzərəçarpacaq dərəcədə dəyişib və üzündə ciddi fiziki tükənmənin izləri yaranıb. Son vaxtlar AXCP sədrinin saxlanma şəraitinin pisləşməsi barədə ard-arda xəbərlər gəlsə də, aidiyyəti qurumlar bununla bağlı hər hansı açıqlama vermirlər. Geri qayıt |