Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Prokuror Hafiz Həsənova 9 il cəza istəyib
Prokuror Hafiz Həsənova 9 il cəza istəyibBu gün, 13:18. |
|
“QHT işi” üzrə ittiham olunan, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Civilazerbaijan.com bildirir ki, sentyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı Hafiz Həsənova 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini, lakin cəzanın 5 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmasını təklif edib. Hafiz Həsənov son söz üçün vaxt istəyib. Növbəti proses 16 sentyabrda baş tutacaq. Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir. Hafiz Həsənov ona qarşı irəli sürülən ittihamla razılaşmamış və işə xitam verilməsi ilə bağlı vəsatət vermişdi. Dövlət ittihamçısı isə vəsatəti əsassız saymışdı. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib, sonradan bu qərar polis nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz olunub. “QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb. İş çərçivəsində bir sıra vətəndaş cəmiyyəti nümayəndələri həbs olunub, 10-a yaxın şəxs barəsində isə həbsə alternativ qətimkan tədbirləri seçilib. Bəzi təqsirləndirilən şəxslərin məhkəməsi davam edir, bəziləri barəsində isə artıq hökm çıxarılıb. Geri qayıt |