Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Moldovada Rusiyaya casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb
Moldovada Rusiyaya casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıbBu gün, 16:21. |
|
Poliția Republicii Moldova Moldova polisi sentyabrın 8-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) üçün məlumat toplamaqda şübhəli bilinən 49 yaşlı Azərbaycan vətəndaşını saxladığını açıqlayıb. Adı açıqlanmayan şəxsin paytaxt Kişinyovda saxlanıldığı bildirilir. Civilazerbaijan.com bildirir ki, hüquq-mühafizə orqanlarının iddiasına görə, o, Moldovadakı hərbi obyektlər, eləcə də ABŞ-yə aid hədəflər barədə məlumat toplayıb. Dövlət mediası olan “Moldpress” agentliyi yazır ki, həmin şəxs 2026-cı ilin avqustunda FSB tərəfindən əməkdaşlığa cəlb olunub. İstintaq onun Moldova və Ukraynada təxribat aktları törətməyə hazırlaşdırıldığını iddia edir. Polisin məlumatına əsasən, şübhəlinin evində aparılan axtarış zamanı götürülən mobil telefonda özünü FSB əməkdaşı kimi təqdim etdiyi deyilən şəxslə əlaqəni göstərən məlumatlar aşkarlanıb. Azərbaycan vətəndaşına icazəsiz məlumat toplama ittihamı irəli sürülüb. Təqsirli bilinərsə, onu beş ilədək həbs cəzası gözləyir. Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra Moskva ilə münasibətləri kəskinləşən Moldovada Rusiyanın mümkün casusluq və müdaxilə fəaliyyəti ilə bağlı növbəti iddiadır. Moskva əvvəllər Moldovaya müdaxilə ilə bağlı ittihamları rədd edib, Toplum Tv-nin məlumatında qeyd olunur. Geri qayıt |