Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Hafiz Həsənova hökm oxunub

Hafiz Həsənova hökm oxunub


Bu gün, 13:09.
title}


Bu gün, sentyabrın 16-da "QHT işi" üzrə ittiham olunan "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun işi üzrə yekun məhkəmə iclası keçirilib.

Civilazerbaijan.com
bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Həsənov 2 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum olunub. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona 3 il sınaq müddəti təyin edilərək cəzası şərti hesab olunub. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri isə başqa yerə getməmək iltizamı ilə əvəzlənib.

H.Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. İbtidai istintaq dövründə Binəqədi rayon Məhkəməsinin qərarı ilə H.Həsənov barəsində əvvəlcə ev dustaqlığı qətimkan tədbiri seçilib, sonradan bu qərar polis nəzarəti altına vermə ilə əvəzlənib.

Dövlət ittihamçısı onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasının 5 il sınaq müddəti seçilməklə şərti hesab olunmasını təklif etmişdi.

H.Həsənov ittihamları qəbul etmir.

“QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb. İş çərçivəsində bir sıra vətəndaş cəmiyyəti nümayəndələri həbs olunub, 10-a yaxın şəxs barəsində isə həbsə alternativ qətimkan tədbirləri seçilib. Bəzi təqsirləndirilən şəxslərin məhkəməsi davam edir, bəziləri barəsində isə artıq hökm çıxarılıb.
Geri qayıt