Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Tofiq Yaqublu dörd həftədir həyat yoldaşına etibarnamə verə bilmir

Tofiq Yaqublu dörd həftədir həyat yoldaşına etibarnamə verə bilmir


Bu gün, 18:59.
title}


Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun həyat yoldaşına etibarnamə verməsi məsələsi dörd həftədir həll olunmur.

Civilazerbaijan.com
bildirir ki, bu barədə siyasətçinin qızı Nigar Həzi qsentyabrın 21-də atası ilə telefon danışığından sonra sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, Yaqublu həyat yoldaşı Maya Yaqubluya etibarnamə vermək istəsə də, aidiyyəti qurumlar məsuliyyəti bir-birinin üzərinə atırlar.

“Gah deyirlər ki, bu işə Ədliyyə Nazirliyi baxır, gah da deyirlər Penitensiar Xidmət. Uzun sözün qısası, o, bunun üstünə atır, bu da onun. Hələ də anam etibarnaməni ala bilməyib”, - N.Həzi qeyd edib.

O, həmçinin atasına həbsxanada təzyiqlərin artdığını və saxlanma şəraitinin dözülməz həddə çatdığını bildirib.

“Haqsız yerə həbs olunması azmış kimi, hələ üstəlik həbsxana içində də həyatını cəhənnəmə çeviriblər”, - o yazıb.

İddialara Penitensiar Xidmət hələlik münasibət bildirməyib.

Tofiq Yaqublu ötən il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. O, külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə ittihamları ilə təqsirli bilinib.

Tofiq Yaqublu isə ittihamları siyasi motivli sayır, Toplum TV-nin məlumatında qeyd olunur.
Geri qayıt