Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Prezident casusluqda ittiham olunan Martin Ryanı əfv edib
Prezident casusluqda ittiham olunan Martin Ryanı əfv edibBu gün, 13:35. |
|
Casusluqda ittiham olunaraq 10 il həbs cəzası alan Fransa vətəndaşı, “Merkorama” MMC-nin sabiq baş direktoru Martin Ryan əfv olunub. Civilazerbaijan.com bildirir ki, bu, prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sentyabrın 23-də imzaladığı sərəncamda qeyd edilib. Martin Ryan bu il martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fransanın xeyrinə casusluqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.Ryan 2023-cü il dekabrın 4-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmışdı. Cinayət işində iddia olunurdu ki, o, sonradan “persona non-grata” elan edilərək Azərbaycandan çıxarılan Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. İstintaqın iddiasına görə, Ryan Azərbaycanda silah-sursat istehsalı və ixracı, digər ölkələrə pul köçürülməsi imkanları və başqa məsələlər barədə Fransa xüsusi xidmət orqanlarına məlumat verib. O, ittihamları rədd edirdi. Ryanın əfv olunması Avropa İttifaqında rusiyalı iş adamı Alişer Usmanova qarşı sanksiyaların ləğvi məsələsinin müzakirə edildiyi vaxta təsadüf edir. “Financial Times” Aİ-dəki mənbələrə istinadən yazmışdı ki, Usmanova qarşı sanksiyaların ləğvi Azərbaycanda həbsdə olan iki Fransa vətəndaşının azadlığa buraxılması ilə bağlı mümkün razılaşmanın tərkib hissəsi ola bilər. Rəsmi Bakı bu iddianı şərh etməmişdi. Aİ ölkələri sonradan Usmanov və digər rusiyalı iş adamı Mixail Fridmanın sanksiya siyahısından çıxarılmasına, eləcə də Rusiyaya qarşı fərdi sanksiyaların müddətinin üç il uzadılmasına razılaşıblar. Əvvəl bu qərara etiraz edən Latviya da sonradan razılıq verib. Bildirilib ki, Latviya Usmanov və Fridmana qarşı milli sanksiyalar tətbiq edəcək. Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər: 1.1. Aydəmirov Cəsarət Səfərqulu oğlu, 1999-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər Hərbi Məhkəməsinin 2019-cu il 17 oktyabr tarixli hökmü ilə məhkum edilib; 1.2. Bağırov Elşən Malik oğlu, 1992-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 21 iyun tarixli hökmü ilə məhkum edilib; 1.3. Balabəyov Fikrət Əlibəy oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 7 noyabr tarixli hökmü ilə məhkum edilib; 1.4. Bayramov Hikmət Abduləli oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 9 sentyabr tarixli hökmü ilə məhkum edilib; 1.5. Beybudlu Xəyal Nemət oğlu, 2003-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 24 aprel tarixli hökmü ilə məhkum edilib; 1.6. Demir Mehmet, 1990-cı ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin 2025-ci il 19 iyun tarixli hökmü ilə məhkum edilib; 1.7. Əliyev Maarif Eldar oğlu, 2000-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 6 iyul tarixli hökmü ilə məhkum edilib; 1.8. Kərimov Sahil Aqil oğlu, 2004-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 18 yanvar tarixli hökmü ilə məhkum edilib; 1.9. Qasımov Rəfail Güloğlan oğlu, 1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 13 iyun tarixli hökmü ilə məhkum edilib; 1.10. Mikhayılov Kirill Vladimiroviç, 1980-ci ildə anadan olmuş, Rusiya Federasiyasının və İsrail Dövlətinin vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2024-cü il 12 dekabr tarixli hökmü ilə məhkum edilib; 1.11. Muradov Qurban Sultan oğlu, 2000-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 27 fevral tarixli hökmü ilə məhkum edilib; 1.12. Musayev Cəlal İlham oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2023-cü il 31 may tarixli hökmü ilə məhkum edilib; 1.13. Özdemir Salih, 1981-ci ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin 2024-cü il 12 iyun tarixli hökmü ilə məhkum edilib; 1.14. Rəhimov İqbal Əliabas oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 26 aprel tarixli hökmü ilə məhkum edilib; 1.15. Rüstəmov Elman Yaşılxan oğlu, 1966-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 26 avqust tarixli hökmü ilə məhkum edilib; 1.16. Ryan Martin Riçard, 1988-ci ildə anadan olmuş, Fransa Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə məhkum edilib; 1.17. Sabir Sonia, 1995-ci ildə anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 14 noyabr tarixli hökmü ilə məhkum edilib; 1.18. Süleymanov Sürət Nemət oğlu, 2003-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 19 yanvar tarixli hökmü ilə məhkum edilib; 1.19. Süleymanzadə İlqar Vüqar oğlu, 1997-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə Hərbi Məhkəməsinin 2022-ci il 19 aprel tarixli hökmü ilə məhkum edilib. 2. İmişli Rayon Məhkəməsinin 2026-cı il 10 mart tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 1995-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Dadaşov Əziz İman oğlu cəzasının çəkilməmiş hissəsindən azad edilib. Geri qayıt |