Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > AXCP sədri Əli Kərimlinin işi üzrə istintaq başa çatıb

AXCP sədri Əli Kərimlinin işi üzrə istintaq başa çatıb


Dünən, 16:47.
title}


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli və Ali Məclisinin katibi Məmməd İbrahimin ittiham olunduğu iş üzrə istintaq başa çatıb.

Civilazerbaijan.com
bildirir ki, istintaq orqanı yaxın günlərdə hazırladığı ittiham aktını Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərəcək.

Məlumata görə, Ə.Kərimli və M.İbrahimə qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında isə işin hallarından asılı olaraq ömürlük həbs cəzası da nəzərdə tutulur.

Ə.Kərimli və M.İbrahim daha öncə ictimaiyyətə açıqlamalarında ittihamı rədd ediblər və siyasi sifarişlə həbs olunduqlarını bildiriblər. Ə.Kərimli ümumiyyətlə istintaqa ifadə vermədiyini qeyd edib.

Ə.Kərimli və M.İbrahim ötən il dekabrın 1-də məhkəmə qərarı ilə həbs olunublar. Onların əvvəlcə sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılan cinayət işi çərçivəsində həbs olunduğu deyilsə də, sonradan bu işlər bir-birindən ayırılıb, Toplum TV-nin məlumatında qeyd olunur.
Geri qayıt