Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Qubad İbadoğlu Almaniyadadır

Qubad İbadoğlu Almaniyadadır


Dünən, 14:33.
title}


Bu gün, sentyabrın 29-da səhər saatlarında iqtisadçı alim Qubad İbadoğlunun Azərbaycanı tərk edərək Almaniyaya getdiyi bildirilir.

Civilazerbaijan.com
bildirir ki, yaxınlarının məlumatına görə, o, müayinə və müalicəsi üçün ölkədən buraxılıb.

Məsələ ilə bağlı rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Q.İbadoğlu 2023-cü il iyulun 23-də Azərbaycanda həbs edilmişdi. O, əvvəlcə mütəşəkkil qrupun tərkibində saxta pul və ya qiymətli kağızların hazırlanması, əldə edilməsi yaxud yayılmasında günahlandırılıb. Daha sonra dini ekstremist materialların hazırlanması, saxlanması və ya yayılmasında ittiham olunub.

2024-cü ilin aprelində onun səhhəti ilə əlaqədar ev dustaqlığına buraxıldığı açıqlanıb. Sonradan bu qərar polis nəzarətinə vermə qətimkan tədbiri ilə dəyişdirilib. Avqustda isə onunla bağlı cinayət işi ümumi icraatdan ayrılıb.

Q.İbadoğlu həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. İdarə Heyəti partiyanın fəaliyyətinə xitam verilməsini qurumun rəsmi qeydiyyata alınmaması ilə əsaslandırıb.
Geri qayıt