Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Son bir ildə Azərbaycanda 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

Son bir ildə Azərbaycanda 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib


Dünən, 14:38.
title}


2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir.

Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir.

Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb.

Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları olub.

XHTİ-nin məlumatına görə, eyni dövrdə azı 8 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb. Onlardan 5-i avtomobil qəzasında, 2-si minaya düşmə nəticəsində yaralanıb, 1 nəfər isə dağda sürüşmə zamanı xəsarət alıb.

Ölənlərin 11-i əsgər, 6-sı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXQ), 8-i gizir, 5-i zabit, 4-ü kursant, 1-i isə çavuş olub. İnstitut digər 9 şəxsin hərbi rütbəsini müəyyən etməyin mümkün olmadığını bildirir.

XHTİ-nin məlumatına görə, 2025-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda azı 43 hərbi qulluqçu qeyri-döyüş şəraitində ölüb.

İnstitutun direktoru Cəsur Məmmədov daha əvvə "Toplum TV"yə deyib ki, qeyri-döyüş itkilərinin səbəbi korrupsiyadır:

"Baxmayaraq ki, hərbi xərclər artırılır, büdcədən ayrılan pul əsgərə gəlib çatmır. Əsgərlərin təminatında və yaşayış şəraitində irəliləyişlər yoxdur. Problemlərin həlli Azərbaycanın müqaviləli orduya keçidi ilə bağlıdır. Nə qədər ki, orduda ciddi islahatlar aparılmayıb, ordunun təminatı müasir standartlara uyğunlaşdırılmayıb, əsgər ölümləri davam edəcək”.
Geri qayıt