Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Aynur Elgünəş Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb

Aynur Elgünəş Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb


Dünən, 14:29.
title}


"Meydan TV"nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qənbərova) Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə oktyabrın 18-də vəkil Zibeydə Sadıqova məlumat yayıb. O xatırladıb ki, jurnalistin səhhətində ciddi problemlər var, hazırda isə ən böyük təhlükə böyrəyində formalaşıb.

A.Elgünəşin yaxınlarının daha öncə yaydığı məlumata görə, oktyabrın 14-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında jurnalistin vəziyyəti daha da pisləşib. Onun arterial təzyiqinin əvvəlcə 150/80-ə yüksəldiyi, üzünün rənginin saraldığı, diafraqma nahiyəsində sıxılma yarandığı və nəfəs almaqda çətinlik çəkdiyi bildirilirdi.

“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi” üzrə həbs ediliblər.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.
Geri qayıt