Əsas Səhifə > Azərbaycan > FIFA-dan hakimin anasını söyən Messi ilə bağlı
FIFA-dan hakimin anasını söyən Messi ilə bağlı15-04-2017, 11:43. |
Argentinanın Çili ilə oynadığı seçmə mərhələ oyununda köməkçi hakimin anasını söydüyü üçün 4 oyunluq cəza alan Lionel Messi 4 mayda FIFA-ya çağrılıb. SİVİL.AZ xəbər verir ki, "Barselona"lı ulduzun ifadəsi alınacaq. Bu barədə Argentina Futbol Federasiyası məlumat yayıb. Məlumatda bildirilir ki, Messi ifadə verməyə federasiyanın vəkilləri ilə birlikdə yollanacaq. Qeyd edək ki, Messi olayla bağlı açıqlamasında "Sözlərimlə hakimi narahat etmişəmsə, üzr istəyirəm. Öz-özümə danışmışdım, hakimi birbaşa söyməmişdim. Haqqımda verilən qərarın ləğvini tələb edirəm" demişdi. Qeyd edək ki, Boliviya matçını buraxan Messi Uruqvay, Venesuella və Peru ilə oyunlarda da Argentinaya kömək edə bilməycək. Geri qayıt |