Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Neftin qiyməti 90 dollardan aşağı düşüb

Neftin qiyməti 90 dollardan aşağı düşüb


Bu gün, 16:19.
title}


Bu gün – noyabrın 10-da neftin qiymətində ucuzlaşma davam edib. Bir gün əvvəl ABŞ prezidenti Donald Trampın İrana qarşı əlavə hərbi əməliyyatlara ehtiyac olmadığını bildirməsi Yaxın Şərqdən neft tədarükündə uzunmüddətli fasilələrlə bağlı narahatlıqları azaldıb.

Civilazerbaijan.com
bildirir ki, "Brent" markalı neftin fyuçersləri 2.39 dollar və ya 2.58 faiz ucuzlaşaraq bir barel üçün 90.18 dollara enib. ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı neftinin fyuçersləri isə 2.11 dollar və ya 2.43 faiz ucuzlaşaraq 84.74 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti avqustun 31-dən bəri ilk dəfə 90 dollardan aşağı düşüb.

Tramp noyabrın 9-da bəyan edib ki, Qətərin baş naziri də daxil olmaqla, region ölkələrinin müraciətlərindən sonra İrana qarşı yeni hərbi zərbələr endirməkdən hələlik çəkinməyi planlaşdırır.

Bəzi təhlilçilərin fikrincə, yüksək qiymətlər tələbatı azaltdığından qlobal neft bazarında yenidən izafi təklif (təklif artıqlığı) yaranıb.

"JPMorgan" bankının ötən həftə açıqladığı hesabata görə, oktyabrda qlobal neft bazarında gündəlik izafi təklif təxminən 1.4 milyon barel olub.

Təklifə gəldikdə isə, oktyabrda OPEC ölkələrində neft hasilatı artıb. Artım əsasən Səudiyyə Ərəbistanı, Küveyt və İraqın hasilatı hesabına baş verib.

"Brent" markalı neftin qiyməti oktyabrın 30-da çatdığı altı aylıq maksimum həddən – 118 dollardan təxminən 23 faiz aşağı düşüb, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
Geri qayıt