Əsas Səhifə > Azərbaycan > Müdafiə nazirinin İrana rəsmi səfəri başlayıb

Müdafiə nazirinin İrana rəsmi səfəri başlayıb


15-04-2017, 21:13.
title}
Müdafiə nazirinin İrana rəsmi səfəri başlayıb


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə aprelin 15-də İrana rəsmi səfəri başlayıb.

SİVİL.AZ xəbər verir ki, Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.
Geri qayıt