Əsas Səhifə > Azərbaycan > Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi gözlənilir

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi gözlənilir


19-04-2017, 19:44.
title}
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi gözlənilir


Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi ehtimalı var.

SİVİL.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi barədə suala cavab verən M. Zaxarova belə bir ehtimalın olduğunu və bu barədə dəqiq informasiya olan kimi məlumat verəcəyini bildirib.

M. Zaxarova, həmçinin qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in baş katibi Lamberto Zanyerlə aprelin 26-da keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaq.
Geri qayıt