Əsas Səhifə > Azərbaycan > "Diplomatic Courier": Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsi ABŞ-a Türkiyə və İsraillə münasibətləri yaxşılaşdırmaq imkanı verir

"Diplomatic Courier": Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsi ABŞ-a Türkiyə və İsraillə münasibətləri yaxşılaşdırmaq imkanı verir


20-04-2017, 15:04.
title}
"Diplomatic Courier": Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsi ABŞ-a Türkiyə və İsraillə münasibətləri yaxşılaşdırmaq imkanı verir


Amerika Birləşmiş Ştatları (ABŞ) diqqətini Azərbaycanla münasibətlərinə yönəltsə, müdrik addım atmış olar.

SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bunu “Xarici siyasətdə peşəkarlar” Düşüncə Mərkəzinin əməkdaşı Daniel Urçik “Diplomatic Courier” jurnalındakı məqaləsində yazıb.

Müəllif qeyd edir ki, ABŞ Azərbaycanla diplomatik, iqtisadi, eləcə də təhlükəsizlik sahəsində münasibətləri möhkəmləndirməlidir:

“Bu, ABŞ-a regionda öz təsirini gücləndirməyə imkan verəcək. Azərbaycanla münasibətlərin inkişafına diqqətin yönəlməsi enerji təhlükəsizliyinin təmin olunmasından, Türkiyə və İsrail kimi ölkələrlə münasibətlərin yaxşılaşdırılmasınadək ABŞ-a kömək göstərə bilər”.

Məqalədə qeyd olunur ki, Azərbaycanın Türkiyə və İsraillə sıx münasibətləri ABŞ-a bu ölkələrlə gərginləşmiş münasibətləri yaxşılaşdırmaq imkanı verir.
Geri qayıt