Əsas Səhifə > Azərbaycan > Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib20-04-2017, 20:38. |
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. SİVİL.AZ xəbər verir ki, Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, U.Quliyevanın məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb. Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun mayın 17-nə təyin edilmiş iclasında baxılacaq. Geri qayıt |