Əsas Səhifə > Azərbaycan / Üst manşet > Mövlud Mövlud intihar edib
Mövlud Mövlud intihar edib16-03-2017, 10:48. |
Bakıda 28 yaşlı oğlan özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. civilazerbaijan.com "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. Belə ki, Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzildə kirayə yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu özünü eyvandan yerə atıb. M. Abdullayev hadisə yerində ölüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, intihar edən Abdullayev Mövlud gənc yazar Mövlud Mövluddur. Geri qayıt |