Əsas Səhifə > Azərbaycan / Manşet > “Jewish Journal”
“Jewish Journal”23-04-2017, 01:30. |
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin ABŞ-ın “Jewish Journal” qəzetində “İom xa-Şoa: Xatirə günü və düşüncələr” sərlövhəli məqaləsi dərc edilib. Müəllif məqalədə Holokost və Xocalı faciələrindən yazır. SİVİL.AZ AZƏRTAC-a istinadla xəbər verir ki,Məqalədə deyilir: "Azərbaycan həm nasizmin mövcud olduğu dövrdə, həm də bu gün nifrət və faşizmə qarşı çıxış edib. Tarix Hitlerin Azərbaycanın paytaxtı Bakını ələ keçirmək üçün baş tutmayan cəhdini xatırlayır. O illərdə Azərbaycan Avropada və qonşu regionlarda təqiblərdən qaçan yəhudilər üçün sığınacaq olub". Müəllif yazır ki, 2016-cı ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universiteti Holokostu milli faciəmiz Xocalı qətliamı prizmasından müzakirə etmək üçün nüfuzlu alimlərin iştirakı ilə “dəyirmi masa” təşkil edib. 1992-ci ilin fevralında erməni silahlı birləşmələri Xocalıda dinc azərbaycanlıları, o cümlədən uşaqları, qadınları və qocaları qətlə yetirib. “Human Rights Watch” təşkilatı bu hadisəni Ermənistan-Azərbaycan münaqişəsi zamanı “ən böyük qətliam” adlandırıb və erməni silahlı qüvvələri tərəfindən “mülki əhaliyə qarşı törədilmiş ağlasığmaz zorakılıq aktını” pisləyib. M. Yevdayev məqalənin sonunda qeyd edir ki, dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir insanın həyatı qiymətlidir. Geri qayıt |