Əsas Səhifə > Azərbaycan > "Azərsığorta" şirkətinin filial direktoru küt alətlə başından vurularaq qətlə yetirilib
"Azərsığorta" şirkətinin filial direktoru küt alətlə başından vurularaq qətlə yetirilib22-04-2017, 23:08. |
Müayinə zamanı "Azərsığorta" dövlət şığorta şirkəti Tovuz filialının direktoru Raya Bayramovanın iş otağında küt alətlə başından vurularaq qətlə yetirildiyi məlum olub. Bundan başqa, R. Bayramovanın müavininin xəsarət alaraq, xəstəxanaya yerləşdirildiyi bəlli olub. SİVİL.AZ xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında R. Bayramovanın müavini 1965-ci il təvəllüdlü Vəliyev Vidadi Bəhmən oğlu kəllə-beyin travması xəsarəti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. O, qurumun yerləşdiyi binanın damından yıxılaraq xəsarət aldığını deyib. Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparırlar. Geri qayıt |