Əsas Səhifə > Azərbaycan > Azərbaycanda edam edilən sonuncu 8 məhkum -

Azərbaycanda edam edilən sonuncu 8 məhkum -


25-04-2017, 01:00.
title}
Azərbaycanda edam edilən sonuncu 8 məhkum -


Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlanıb.

SİVİL.AZ metbuat.az-a istinadən xəbər verir ki, buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib. Sabiq müdafiə naziri Rəhim Qazıyev, baş naziri Surət Hüseynov, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin komandiri Elçin Əmiraslanov, özünü qondarma "Talış-Muğan Respublikası"nın rəhbəri elan etmiş Ələkrəm Hümbətov barəsində məhkəmənin qərarı ilə ölüm hökmü çıxarılsa da, sonradan onların cəzaları dəyişdirilib.

Edam masası

Azərbaycanda ölüm hökmü Bayıl həbsxanasında, "ölüm kamerası" adlanan otaqda yerinə yetirilib. Cəza yalnız bir üsulla – güllələnmə ilə icra olunub. Vaxtı ilə həbsxanada çalışmış insanların sözlərinə görə, ölüm cəzası almış məhkumlar "ölüm kamerası"na gözübağlı gətirilirmiş. Burada məhkumun əziyyətsiz ölməsi üçün ürəyinə bir atəş açılırmış. Bayıl həbsxanasında çalışan şəxslərin dediklərinə görə, uzun illər burada erməni millətindən olan şəxslər cəlladlıq edib. Erməni cəlladlar məhkumları xüsusi amansızlıq və əzabla öldürürmüşlər. Məlumatlı mənbələrdən bəlli olub ki, ötən əsrin 30-50-ci illərində Bayıl həbsxanasında başqa bir edam növü – suda boğma da tətbiq edilib.

Onu da qeyd edək ki, Azərbaycanda ölüm cəzası uzun müddət tətbiq olunmuşdur. 1988-ci ildə ölüm cəzasına məhkum olunmuş 5, 1989-cu ildə 6, 1990-cı ildə 3 şəxs barəsində ölüm hökmləri icra edilmişdir. Bundan sonra üç il ərzində ölüm hökmləri icra olunmadığı halda 1993-cü ilin fevral ayında 8 nəfər barəsində ölüm hökmləri tələsik icra edilmişdir.
Geri qayıt