Əsas Səhifə > Azərbaycan > Burcu Esmersoy: "Hələ də eşq qapımı döyməyib..."

Burcu Esmersoy: "Hələ də eşq qapımı döyməyib..."


16-03-2017, 12:43.
title}
Burcu Esmersoy: "Hələ də eşq qapımı döyməyib..."

Türkiyənin məşhur aparıcı və modeli Burcu Esmersoy populyar televiziya verilişlərindən birinin qonağı olub.

civilazerbaijan.com-ın qardaş ölkənin mətbuatına istinadən xəbər verir ki, Burcu Esmersoy bu il gerçəkləşdirmək istədiyi planlarından söz açıb. Aparıcı bu il rəsmi nikaha girmək və ana olmaq istədiyini söyləyib:

“İllərdir fasilə vermədən işləyirəm, ancaq hələ də eşq qapımı döyməyib. Əgər ana olacağamsa, uşağıma baxıcının yox, özümün baxmağımı istəyirəm. Həyatımı birləşdirəcəyim şəxsə inanmaq, güvənmək, onunla uzun müddət eyni yastığa baş qoymaq istəyirəm. Boşanacağımı düşünmədən evlənmək istəyirəm”.

Qeyd edək ki, bundan öncə Burcu Esmersoy sevgilisi Tuna Aksudan ayrıldıqdan sonra evlilik haqda düşünmədiyini və bu yaşdan sonra ana olmaq istəmədiyini bildirmişdi.
Geri qayıt