Əsas Səhifə > Azərbaycan > “Neftçi”yə texniki məğlubiyyət verilib
“Neftçi”yə texniki məğlubiyyət verilib26-04-2017, 13:10. |
AFFA-nın İntizam Komitəsinin iclasında futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turunda “Zirə” ilə qarşılaşan “Neftçi”yə texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul edilib. SİVİL.AZ xəbər verir ki, klubdan bildiriblər ki, oyunun 68-ci dəqiqəsində Ruslan Abışovun əvəzinə meydana Huqo Barqasın daxil olması ilə legioner limitinin pozulması buna səbəb olub. “Neftçi” AFFA-nın İntizam Komitəsinin qərarına hörmətlə yanaşıb və buna etiraz etməyib. Bu səhvə görə əsas komandanın məşqçilər heyəti cərimələnəcək. Qeyd edək ki, oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb Geri qayıt |