Əsas Səhifə > Azərbaycan / Manşet > Kamal Abdulla Mövlud Mövluddan yazdı: "Sən hələ də uçursan..."

Kamal Abdulla Mövlud Mövluddan yazdı: "Sən hələ də uçursan..."


16-03-2017, 14:25.
title}
Kamal Abdulla Mövlud Mövluddan yazdı: "Sən hələ də uçursan..."

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla intihar edən yazar Mövlud Mövlud haqda yazı qələmə alıb.

civilazerbaijan.com həmin yazını təqdim edir:

“On yeddi mərtəbə bəlkə də on yeddi saniyə deməkdir.

On yeddi saniyə… Bu saniyələrin hansındasa bəlkə də yenidən geriyə uçub ayaqlarının damdan aralandığı yerə qayıtmaq istədin. Bəlkə də yox. Niyə bunu etdin — heç kim bəlkə də bilməyəcək.

Səninlə adda-budda görüşlərimi xatırlayıram. Heç on yeddi dəfə olmaz. On yeddi cümlə dedikmi bir-birimizə?! On yeddi dəfə baxışlarımız dəydimi bir-birinə?! Bunlar olsa da, olmasa da, önəmli deyil, biz bir-birimizi anlamış idik.

Məni anlayan, mənim anladığım kişilərdən biri də azaldı. Mən də bir nəfər qədər az qaldım.

Soruşmayacağam ki, niyə belə etdin?! Yəqin, sənə hansısa sirr agah olmuşdu və sən onu özünlə göyə uçurub hamıdan gizlətdin.

Bu sirri axtaranlar çox olacaq. Amma onu bilmək kimsəyə müyəssər deyil.

Arxanca baxıram və sən hələ də uçursan.

Mövlud… Mövlud…”
Geri qayıt