Əsas Səhifə > Azərbaycan > Nura Suri həmkarları haqqında:
Nura Suri həmkarları haqqında:28-04-2017, 11:19. |
“Yaltaq, qorxaq, şərəfsiz, min sifətli, yalançı, şər atan, yaxşılıq qanmayan, qeybət edən, böhtan atan, paxıl, əclaf insanlar nə qədərdir ətrafımızda. Şou-biznesdə məndən başqa müğənnilərin tərəfin saxlayan ikinci insan yoxdur. O gün efirlərdən status yazmışam, düşüklər yazdıqlarımın şəklini çəkib bütün televiziya işçilərinə göndərib. Kül olsun təpənizə! Guya indi bunlar özlərini yaxşı göstərmək istəyirlər, həm də məni "zapret"e (qadağa) saldırmaq istəyirlər”. SİVİL.AZ xəbər verir ki, müğənni Nura Suri bu qəzəb dolu fikirləri sosial şəbəkədəki statusunda bəyan edib. O, televiziyalardan daima dəvət aldığını, lakin bir çox verilişlərə getməyə vaxtı və imkanı olmadığını qeyd edib: “10 dəfə efirə çağırılanda 1 dəfə gedirəm. Tez-tez verilişlərə çıxmağa heç vaxtım olmur. Məni görəndə əldən-ayaqdan gedirsiniz. Paxıllıqdan qocalmısınız, arada güzgüyə baxın. Özünüzü də vaxt ayırın. Düşüklər!” Geri qayıt |