Əsas Səhifə > Azərbaycan > Azərbaycan-Gürcüstan sərhədində partlayıcı əməliyyatı:
Azərbaycan-Gürcüstan sərhədində partlayıcı əməliyyatı:16-03-2017, 14:58. |
Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin edilməsi, eləcə də dövlət sərhədindən mütəşəkkil cinayətkar qrupların qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən həyata keçirilmiş növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan-Azərbaycan sərhədində külli miqdarda qaçaqmal saxlanılıb. DSX-dən "Qaynar"a verilən məlumata görə, 13.03.2017-ci il tarixdə saat 23:35 radələrində Balakən rayonunun Şərif kənd ərazisindəki zastavanın xidməti sahəsində Gürcüstan istiqamətindən dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçirilmiş qaçaqmalı “Qazel” markalı AZ 08 BD 748 dövlət nömrə nişanlı avtomobilə yükləyərək sərhəd naryadının qanuni tələblərinə məhəl qoymadan hadisə yerindən qaçmağa cəhd göstərən Balakən rayon sakinləri 1973-cü il təvəllüdlü Qurbanov İlham Zeynəddin oğlu və 1981-ci il təvəllüdlü Laicov İrşad Eyvaz oğlu təqib edilərək saxlanılıblar. Avtomobilə keçirilmiş baxış zamanı yük yerindən 20 qutuda 3187 ədəd müxtəlif çeşidli pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin digər iştirakçıları Balakən rayon sakini 1983-cü il təvəllüdlü Maqomedov Kamil Cavadxan oğlu və Gürcüstan vətəndaşı, Laqodexi rayonu Qabal kənd sakini 1975-ci il təvəllüdlü Almazov Aqil Qurban oğlu saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Geri qayıt |