Əsas Səhifə > Azərbaycan / Üst manşet > Hərbi hissədə Novruz şənliyi keçirilib

Hərbi hissədə Novruz şənliyi keçirilib


16-03-2017, 16:41.
title}
Hərbi hissədə Novruz şənliyi keçirilib

Tərtər rayon ictimaiyyətinin və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələrinin iştirakı ilə N saylı hərbi hissədə Novruz şənliyi keçirilib.

civilazerbaijan.com xəbər verir ki, tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni oxunub.

Hərbi Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Mehdi Hüseynzadə, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və başqaları çıxış edərək, əziz bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıblar.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin bayram təbriki əsgərlərə çatdırılıb.

Hərbçilərə hədiyyələr və bayram sovqatı təqdim olunub.

Tərtər rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi əsgərlər qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib.
Geri qayıt