Əsas Səhifə > Azərbaycan > Mard: "Avropa İttifaqı-Azərbaycan danışıqlarında hər iki tərəf qətiyyətlidir"
Mard: "Avropa İttifaqı-Azərbaycan danışıqlarında hər iki tərəf qətiyyətlidir"2-05-2017, 13:08. |
Ötən həftə Avropa İttifaqının (Aİ) Xarici Əməliyyatlar Xidmətinin rəsmisi Luk Devinlə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev arasında yeni saziş üzrə intensiv danışıqlar aparılıb. SİVİL.AZ-ın məlumatına görə, bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib. O qeyd edib ki, hər iki tərəf danışıqların aparılmasında ambissiyalı, qətiyyətlidir: "Düşünürəm k, tezliklə danışıqların növbəti mərhələsi baş tutacaq. Bizim məqsədimiz birlikdə intensiv işləməkdir. Xüsusilə bu ilin noyabrında keçiriləcək "Şərq tərəfdaşlığı" sammiti öncəsi biz qızğın işləyirik". (APA) Geri qayıt |