Əsas Səhifə > Azərbaycan > Siyavuş Novruzov: "5-10 manata görə ölkədə ictimai-siyasi sabitliyin pozulmasına yol verə bilmərik"
Siyavuş Novruzov: "5-10 manata görə ölkədə ictimai-siyasi sabitliyin pozulmasına yol verə bilmərik"2-05-2017, 14:08. |
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycana gələn jurnalistlərə viza verilərkən müvafiq strukturları diqqətli olmağa çağırıb. SİVİL.AZ-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən S. Novruzov bildirib ki, turist adıyla kimə gəldi viza verilməsi düzgün deyil: “Bu gün dünyada nələr baş verdiyini hamımız görürük. Bu məsələdə diqqətli olmaq lazımdır. Hotellərdə təhlükəsizlik məsələlərinə diqqət yetirilməlidir. Bundan başqa, turist adı ilə gəlib 5 nəfər, 10 nəfər birlikdə mənzil kirayələyib qalırlar. Orada nə niyyətlə, necə qalırlar, kimsə bilmir. Evi verən heç onların pasportlarının surətini də tələb etmir”. S. Novruzov ölkədə “Halal hotel” reklamına da irad bildirib: “İndi elan edirlər ki, filan hotel halaldır. Belə çıxır ki, digərləri haramdır? Bir vaxtlar kolbasanı halal adı ilə fərqləndirirdilər, indi "Halal hotel" məsələsi ortaya çıxıb. Biz 5-10 manata görə ölkədə qurulan ictimai-siyasi sabitliyin pozulmasına yol verə bilmərik". Vitse-spiker Ziyafət Əsgərov da bildirib ki, turistlərlə bağlı təhlükəsizlik baxımından ayıq-sayıq olmalıyıq. (APA) Geri qayıt |