Əsas Səhifə > Azərbaycan > “Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək16-03-2017, 18:16. |
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Novruz bayramı münasibətilə martın 18-dən 27-dək gücləndirilmiş iş rejimində işləyəcək. “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda İB-nin texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Novruz bayramı münasibətilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir. Geri qayıt |