Əsas Səhifə > Azərbaycan > 11 oyunçu, 11 fakt: Bunları bilirsiniz? -

11 oyunçu, 11 fakt: Bunları bilirsiniz? -


6-05-2017, 00:44.
title}
11 oyunçu, 11 fakt: Bunları bilirsiniz? -


Futbol aləmində nəticələr, statistikalarla bərabər bir sıra maraqlı faktlar da azarkeşlərin daim yaddaşlarında yer alır.

SİVİL.AZ Apasport.az-a istinadla bəzi futbol adamları haqqındakı maraqlı və qəribə faktları təqdim edir.

1. “Vida oyunu”nda öz qapısına qol vuran yeganə oyunçu alman əfsanə Franz Bekkenbauerdi.

11 oyunçu, 11 fakt: Bunları bilirsiniz? -


2. Fransa millisinin və “Yuventus”un keçmiş müdafiəçisi Lilian Türam rəqiblərini narahat etmək üçün oyuna çıxmazdan əvvəl bədəninə sarımsaq sürtərmiş.

11 oyunçu, 11 fakt: Bunları bilirsiniz? -


3. Çarli Austin karyerasının ilk illərində həvəskarlar liqasında oynayarkən yaşamaq üçün inşaatda fəhləlik də edirmiş.

11 oyunçu, 11 fakt: Bunları bilirsiniz? -


4. Zədə səbəbindən ən uzun müddət oynamayan ən bahalı oyunçu “Real”dan “Milan”a 11 milyon funt-sterlinqə keçən Fernando Redondodur. İlk oyununda 3-cü dəqiqədə dizindən zədələnən Redondo təxminən 2.5 il meydandan kənarda qaldı. Redondo ona ödənən 2.74 milyon funtu, klubun verdiyi evi və maşını geri qaytarmaq istəsə də, “Milan” razılaşmayıb.

11 oyunçu, 11 fakt: Bunları bilirsiniz? -


5. Bundesliqada ən uzaq məsafədən qol buraxan qapıçı Manuel Noyerdi. O, 73 metr məsafədən gələn zərbə qarşısında aciz qalıb.

11 oyunçu, 11 fakt: Bunları bilirsiniz? -


6. Türkiyə - İngiltərə milli oyunlarında Devid Bekhemlə arasında yaranmış gərginlik səbəbindən İngiltərədə sevilməyən adamlardan biri olan Alpa Özalan “Aston Villa”da oynayarkən gecə saat 3-də evinin qarşısında İngiltərə marşı səsləndirən qrupu döyərək onlara güclə Türkiyə İstiqlal marşı dinlətdirib.

11 oyunçu, 11 fakt: Bunları bilirsiniz? -


7. Madrid “Real”ının Uelsi futbolçusu Qaret Beyl uşaq vaxtı məhəllədə futbol oynayarkən ədalətli olsun deyə adətən sol ayağından istifadə etməsinin qadağan olunduğunu deyib.

11 oyunçu, 11 fakt: Bunları bilirsiniz? -


8. Kolumbiya ilə oyunda qazanılan 3 penaltidən də istifadə edə bilməyən Argentina millisinin oyunçusu Martin Palermo bir oyunda ən çox penalti boşa verən oyunçudur.

11 oyunçu, 11 fakt: Bunları bilirsiniz? -


9. Alessandro Nesta saatlarla “Play Station” oynadığı üçün baş barmağını zədələmiş, bunun nəticəsində əməliyyata məruz qalmış və 4 həftə oynaya bilməmişdi.

11 oyunçu, 11 fakt: Bunları bilirsiniz? -


10. Patris Evranın 23, Aleks Sonqun isə 27 bacı-qardaşı var. İki oyunçunun bacı-qardaşlarının cəmindən 4 ayrı komanda yaratmaq olar.

11 oyunçu, 11 fakt: Bunları bilirsiniz? -


11. Frank Lempard dünyanın ən intellektual futbolçularından biridi. Oyunçunun İQ nəticəsi 150-dir.

11 oyunçu, 11 fakt: Bunları bilirsiniz? -


Geri qayıt