Əsas Səhifə > Azərbaycan > Etibar Pirverdiyevin “gizli kassa”sı bağlanır
Etibar Pirverdiyevin “gizli kassa”sı bağlanır6-05-2017, 15:28. |
“Azərenerji” rəhbəri “Expressbank”ı qoruya biləcəkmi? Son zamanlar adı yalnız korrupsiyada, qalmaqallı proseslərdə hallanan “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin vəziyyəti getdikcə daha da ağırlaşır. Belə ki, E. Pirverdiyevin rəhbərlik etdiyi qurumun təftiş edilməsi haqqında göstəriş verilib. Bu günə qədər də “Azərenerji” ASC-nin fəaliyyətinə rast gəlinən bir sıra hallar mediada işıqlandırılıb. Məlumatlara görə “Azərenerji” ASC-də kifayət qədər yeyinti faktları var. Təbii ki, bütün bu və bu kimi faktlara yoxlamalardan sonra tam şəkildə aydınlıq gələcək. Əgər deyilənlər özünü doğruldarsa Etibar Pirverdiyev haqqında yekun qərar veriləcək. Ehtimal olunur ki, E. Pirverdiyev yaxın günlərdə tutduğu postdan kənarlaşdırılacaq. Digər tərəfdən E. Pirverdiyev oliqarxlaşmış məmurlardan biridir. Məlumatlara görə “Expressbank” məhz bu şəxsin kurasiyasında fəaliyyət göstərir. Azərbaycanda bank sahibi olmaq isə o, qədər də asan məsələ deyil. Son günlər yayılan məlumatlara görə “Expressbank” bağlanmağa ən real namizədlərdən biridir. Nəzərə alsaq ki, bu gün bank sektorunda olan ciddi problemlər bütün fəaliyyətdə olan bankları əhatə edir. Yəni, vəziyyəti ağır olan tək bank “Expressbank” deyil. Hətta elə banklar var ki, maliyyə vəziyyəti “Expressbank”dan daha da ağırdır. Bəs bağlanan banklar siyahısında ilk yeri niyə məhz “Expressbank” tutur? Bunun səbəbi isə “Expressbank”a “krişalıq” edən E.Priverdiyevin adı ilə bağlıdır. Digər bir məsələ isə “Azərenerji” ASC-nin bütün bank əməliyyatlarını “Ekspressbank” vasitəsilə aparır. Azərbaycan Elmi-Tədqiqat və Layihə - Axtarış Energetika İnstitutunun yerləşdiyi binanın da mülkiyyət hüququ məhz Etibar Pirverdiyevə məxsusdur. Məlumatlara görə, E.Priverdiyevin bütün gizli bank hesabları da məhz “Ekspressbank” vasitəsilə qorunur. Ancaq proseslərin gedişatı onu göstərir ki, yaxın zamanlarda bu məsələyə də qanun çərçivəsində aydınlıq gətiriləcək. Ümumiyyətlə, Etibar Priverdiyevin adı hallanan qalmaqallı məsələlər təkcə bununla bitmir. Belə ki, bir müddət öncə “VİKTORİYA-313” MTK-nın rəhbərinin həbs olunmasında və ümumilikdə bu şirkət ətrafında gedən söz-söhbətdə də Etibar Pirverdiyevin adı hallanır. O, zaman bu haqda müəyyən qədər məlumatlar yayılsa da, sonradan bununla bağlı heç bir xəbər verilmədi. Məlumatlara görə, “VİKTORİYA-313” MTK-nın səhmdarlarından biri olan Arzuman Əliyevlə ortaq olub. Şirkətin ortaqlarından olan bir şəxs isə mətbuata açıqlamasında bildirib ki, məhz Arzuman Əliyevin vasitəsilə Etibar Pirverdiyev şirkətin büdcəsini mənimsəyib. Bununla da “VİKTORİYA-313” MTK-nın sahibkarlıq fəaliyyətinə ciddi şəkildə ziyan dəyib. Bununla yanaşı “Azenco” ASCdə məhz E.Pirverdiyevin adı ilə bağlıdır. Belə ki, “Azerenerji” ASC-nin bütün tikinti layihələri məhz bu şirkət vasitəsilə həyata keçirilib. Layihələrin icrası zamanı isə milyonlarla vəsaitin xərcləndiyi bildirilir. “İnter Enerji” MMC-də Etibar Pirverdiyevin tabeliyində olan şirkətdir. Məlumatlara görə, Etibar Pirverdiyevin sahib olduğunu bu və digər şirkətlərə onun qardaşı rəhbərlik edir. Bütün bunlara nəzər salsaq, artıq Etibar Pirverdiyev haqqında ölçü götürülməsi qaçılmazdır. Hər qısa zaman kəsiyində “oliqarx məmura” çevrilən Etibar Pirverdiyev bu imperiyaya necə sahib olduğunun “hesabatını” lazımi yerlərə verməyə məcbur olacaq. Mənbə: cebhe.info Geri qayıt |