Əsas Səhifə > Azərbaycan > Azərbaycan Olimpiya oyunlarının keçirilməsinə hazırdır -

Azərbaycan Olimpiya oyunlarının keçirilməsinə hazırdır -


6-05-2017, 20:30.
title}
Azərbaycan Olimpiya oyunlarının keçirilməsinə hazırdır -


"Düşünürəm ki, Azərbaycan Olimpiya oyunlarının keçirilməsinə hazırdır".


SİVİL.AZ xəbər verir ki, bunu Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) illik Şurasının iclasında iştirak edən Şuranın üzvü Lampropolou Atanasoula deyib.

"Azərbaycan gimnastika sahəsində və ümumiyyətlə idman sahəsində səmərəli iş görür. Sizdə bütün lazım olar idman qurğuları və böyük maliyyə dəstəyi var. Azərbaycanda çox güclü məşqçilər və gimnastlar var", - deyə xanım Atanasoula qeyd edib.

O həmçinin Bakıda IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsini gözləyir.

Bolqarıstanın Batut Federasiyasının prezidenti Stoyan Dimitrov öz növbəsində Azərbaycan Gimnastika Federasiyasını FIG Şurasının yüksək səviyyədə keçirilməsi münasibəti ilə təbrik edib.

Dimitrov bildirib ki, Azərbaycan idman sahəsində böyük uğurlar qazanır.

O, həmçinin Azərbaycanda idmanın inkişafında dövlətin dəstəyini vurğulayıb: "Mən əminəm ki, ölkəniz gələcəkdə də idman sahəsində böyük uğurlara imza atacaq". (Trend)
Geri qayıt