Əsas Səhifə > Azərbaycan > "Barselona" yeni baş məşqçisini seçdi -

"Barselona" yeni baş məşqçisini seçdi -


7-05-2017, 12:16.
title}
"Barselona" yeni baş məşqçisini seçdi -


“Barselona”nın vitse-prezidenti Jordi Mestre baş məşqçi Luis Enrikeni əvəzləyəcək çalışdırıcını tapdıqlarını söyləyib.

SİVİL.AZ xəbər verir ki, klub rəsmisi belə deyib:

“Hə, onun yerini tutacaq mütəxəssisi tapmışıq. Enrike istənilən halda, gedəcək. Ancaq xələfinin adını açıqlamayacam. Bu, mövsümün sonunda komandaya və baş məşqçisinə yaxşı təsir etməz”.

Qeyd edək ki, mətbuatda 3 çalışdırıcının adı “Barsa”yla yanaşı hallanıb. Bunlar Ronald Kuman (“Everton”), Ernesto Valverde (“Atletik”) və Enrikenin sabiq köməkçisi Xuan Karlos Unsuedi. ("Qaynar")
Geri qayıt