Əsas Səhifə > Azərbaycan > Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır
Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır8-05-2017, 11:07. |
Azərbaycan Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır. Şuraya məhkəmələrin fəaliyyəti ilə bağlı yeni səlahiyyət verilir. SİVİL.AZ-ın məlumatına görə, bununla bağlı “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 11-ci (Məhkəmə-Hüquq Şurasının vəzifələri) maddəsinə yeni bənd təklif edilir. Bəndə görə, Məhkəmə-Hüquq Şurası məhkəmələrin ərazi yurisdiksiyasını da müəyyən edəcək. Hazırda mövcud qanunvericiliyə görə, şura bununla bağlı yalnız təklif vermək səlahiyyətinə malikdir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq. (APA) Geri qayıt |