Əsas Səhifə > Azərbaycan > Erməni kəşfiyyatına işləyən hərbçilər kimlərdir? -

Erməni kəşfiyyatına işləyən hərbçilər kimlərdir? -


8-05-2017, 11:23.
title}
Erməni kəşfiyyatına işləyən hərbçilər kimlərdir? -


Hərbi jurnalist Üzeyir Cəfərov bir qrup hərbçimizin düşmən kəşfiyyatı ilə iş birliyində olması ilə bağlı 4 qurumun yaydığı bəyanata sosial şəbəkə hesabında münasibət bildirib:

SİVİL.AZ sözügedən "Facebook" statusunu təqdim edir:

"Əziz dostlar! Hörmətli həmkarlar!

Bilirəm ki, Baş Prokurorluğun Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə yaydığı məlumat çoxlarında dərin narahatçılıq və üzgünlük yaradıb. Mən də çox təəssüflənirəm ki, belə bir xoşagəlməz vəziyyət Silahlı Qüvvələrimizin şəxsi heyətinin ön xətdə olan hərbi qulluqçuları ilə baş verib və hesab edirəm ki, aşağıda yazdığım qeydlər də, dövlət qurumları tərəfindən ararşdırma zamanı nəzərə alınacaqdır. Onu da başa düşürəm ki, ola bilsin ki, müvafiq qurumlar və vəzifəli şəxslər aşağıdakı qeydlərimi heç də birmənalı qarşılamasınlar".

Erməni kəşfiyyatına işləyən hərbçilər kimlərdir? -


"Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan bəzi şəxslər ilə bağlı MƏNİM TƏRƏFİMDƏN Hərbi Əks Kəşfiyyat İdarəsinin vəzifəli şəxslərinə bəzi məlumatlar BİR NEÇƏ AY bundan əvvəl ÇATDIRILMIŞDI. Və düşünmək olardı ki, mənim tərəfimdən qaldırılan konkret fakt və epizodlar müvafiq qurumlar tərəfindən hərtərəfli və ətraflı araşdırılacaq.

Və məsələnin nə yerdə olması ilə bağlı mən bir neçə dəfə maraqlansam da, mənə bildirilmişdi ki, göstərdiyim xüsusiyyətlər üzrə hələ araşdırmalar aparılır və yəqin ki, tez bir zamanda lazım olan addımlar atılacaq. Görəndə ki, məsələ ilə bağlı nədənsə çox passiv və demək olar ki, gözəgörünməz qüvvələr aktiv mane olmaq yolunu tutublar, düşündüm ki, yəqin bəlkə mən nədəsə haqlı deyiləm. Qısa olaraq onu qeyd edim ki, MN-nin Bakı yaxınlığındakı hərbi hissələrindən birində xidmət edən konkret adı və soyadı bilinən şəxs cəbhə bölgəsinə, konkret döyüş mövqelərinə getmək üçün müxtəlif yollar arayıb. Və çox qəribədir ki, ona bu işdə yardımçı olan şəxslər tərəfindən o BİRBAŞA döyüş bölgəsinə təyinat alıb. Və bundan sonra onun hərəkətləri və əməlləri böyük narahatçılıqlar və narazılıqlar yaradıb. Məhz ona görə də, onun hərəkətlərindən şübhələnən bəzi komandirlər bu adamla bağlı müvafiq addımların atılmasının vacibliyini qeyd etdikdən sonra, mənim tərəfimdən Hərbi Əks Kəşfiyyat İdarəsinin rəhbər şəxslərinə o şəxslə bağlı müvafiq ölçünün götürülməsi xahiş olunmuşdu. İndi isə məlum olur ki, iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

Ötən ilin məlum aprel hadisələri zamanı baş verənlər ilə bağlı mənim tərəfimdən TƏKİDLƏ mətbuatda və rəsmi, qeyri-rəsmi görüşlərim zamanı cəbhədə baş verənlər ilə bağlı CİDDİ ARAŞDIRMA və TƏHLİL APARILMASININ zəruriliyi bir neçə dəfə qeyd edilmişdi. Amma və lakin….

Artıq baş verənlər baş verib və onu da qeyd edim ki, şəxsən mənə bir azərbaycanlı zabit kimi çox iyrənc və təəssüfedici bir hadisə kimi təsir edib. Axı sən necə vicdansız və əqidəsiz olasan ki, qatı düşmənlə əməkdaşlıq edəsən? Baş verənlər bizi bir daha hər bir məsələyə, xüsusən də cəbhə bölgəsi ilə bağlı ən xırda detallara belə ciddi yanaşmağı tələb edir. Biz erməni kimi yaramazlara imkan və fürsət verməməliyik ki, onlar Silahlı Qüvvələrimizi zəiflətmək, gözdən salmaq üçün bəzi nadürüst və vicdansız ünsürlərdən istifadə etsinlər.

Tanrı Silahlı Qüvvələrimizi qorusun!" (Qaynar)
Geri qayıt