Əsas Səhifə > Azərbaycan > 3 gündə 800-ə yaxın sürücü cərimələnib
3 gündə 800-ə yaxın sürücü cərimələnib8-05-2017, 20:38. |
"IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakının yollarında çəkilmiş xüsusi sarı zolaqlara icazəsiz daxil olan 800-ə yaxın sürücü cərimələnib". SİVİL.AZ xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Yol polisi əməkdaşları tərəfindən sarı zolağa nəzarətin gücləndirildiyini diqqətə çatdıran V.Əsədov sürücüləri zolağa daxil olmamağa çağırıb. IV İslam Həmrəyliyi Oyunları üçün Bakı yollarında çəkilən xüsusi zolaqlarla bağlı qadağa mayın 5-də qüvvəyə minib və mayın 25-nə qədər qüvvədə qalacaq. Bu zolaqda yalnız Oyunların keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edə bilər. Qaydanı pozan sürücülər 40 manat cərimə olunur. Geri qayıt |