Əsas Səhifə > Azərbaycan > “Beşiktaş”
“Beşiktaş”11-05-2017, 11:10. |
Türkiyə Superliqasında ardıcıl ikinci çempionluğuna çox yaxın olan “Beşiktaş” Asiya layihəsini həyata keçirməyə hazırlaşır. SİVİL.AZ-ın məlumatına görə, “ağ-qaralar” Azərbaycana da səfər edəcək. Klub rəhbərliyi uzun müddətdi hazırladığı layihənin ilk addımlarını bu yay atmağı planlaşdırır. Belə ki, komanda təlim-məşq toplanışının bir mərhələsini Çində keçirəcək. Avropa nəhəngləri kimi, Asiya bazarına girməyə çalışan “Beşiktaş” orda “Volfsburq”, “Şalke” və bir yerli klubun qatılacağı turnirdə mübarizə aparacaq. İstanbul klubunun hədəfi əvvəlcə orda azarkeş toplamaq, sonra isə forma satışını gerçəkləşdirməkdi. Bundan sonra hər yay və qış fasilələrində Asiya qitəsini gəzəcək “Beşiktaş” ölkəmizə səfəri də qətiləşdirib. Ancaq səfər tarixi ilə bağlı müzakirələr davam edir. Bundan başqa, yığma komandaların oyunları zamanı yaranacaq fasilədə və ya qış toplanışı çərçivəsində İran çempionatında çıxış edən “Traktorsazi” ilə yoldaşlıq görüşü də keçiriləcək. “Beşiktaş”ın uzun müddətli planları arasında ABŞ və İndoneziyaya səfər də var. Geri qayıt |