Əsas Səhifə > Azərbaycan > Toy karvanı

Toy karvanı


12-05-2017, 00:09.
title}
Toy karvanı


Gəncə şəhərində toy karvanında yola çoxlu pul səpilib. Yaxınlıqdan keçən sürücülərin avtomobilləri saxlayaraq digər şəxslərlə birlikdə pul yığması səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkəti bir neçə dəqiqəlik dayanıb.

SİVİL.AZ-ın məlumatına görə, şəhərin Atatürk prospektində “Xan bağı” parkının qarşısında hərəkətdə olan toy karvanında olan avtomobillərdən yola pul səpilib.

İçərisində 10 manatlıq əsginasların da olduğu pulları yığmaq istəyən vətəndaşlar, habelə onlara qoşulan maşın sürücüləri nəqliyyatın hərəkətinin bir neçə dəqiqəlik dayanmasına səbəb olub.

Toy karvanın kimə məxsus olduğu barədə hələlik məlumat yoxdur. (Report)
Geri qayıt