Əsas Səhifə > Azərbaycan > Aygün Bayramovanın ərə getdiyi EVLİ KİŞİ haqqında -
Aygün Bayramovanın ərə getdiyi EVLİ KİŞİ haqqında -13-05-2017, 12:50. |
Dünən toy xəbəri yayılan xalq artisti, xanəndə Aygün Bayramovanın nişanlısı ilə bağlı maraqlı faktlar bəlli olub. SİVİL.AZ xəbər verir ki, toya hazırlaşan xalq artistinin nişanlandığı şəxsin adı Fəraməz Gərmrudidir. İran vətəndaşı olan Gərmrudi 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır. Qızları ailə qurub, ikisi İranda, biri Almaniyada yaşayır. Əslən Cənubi Azərbaycanlı olan Gərmrudinin həyat yoldaşı fars əsilli xanımdır. Onların rəsmən hələ də ailəli olduğu deyilir. Artıq baba olan 62 yaşlı adaxlının İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distribüteridir. Gərmrudi Azərbaycanda musiqi aləmində ud ifaçısı və müğənni kimi tanınır. Demək olar ki, əksər musiqiçilərlə dostluq münasibətləri var. Biznesmenin Aygün Bayramova ilə eşq hekayəsi bu ilin martında, daha dəqiq desək, martın 21-də Gərmrudinin Heydər Əliyev adına Sarayda gerçəkləşən konsertində başlayıb. Həmin konsertdə Gərmrudini tək qoymayan sənətçilərlə bərabər A.Bayramova da mahnı töhfəsini verib. Əli pulla oynayan iş adamı Bakıda Hüseyn Cavid prospektində 2 milyonluq ev alıb, bahalı avtomobilə sahibdir. Qeyd edək ki, iş adamı eyni zamanda tez-tez Azərbaycan Televiziyasında verilişlərdə oxumaq və ud ifa etməklə musiqi məharətini sərgiləyir. Toy mərasimi mayın 23-də paytaxtın ən məşhur restoranlarının birində baş tutacaq. (Yeniçağ.Az) Geri qayıt |